Peşə təhsil müəssisələrinin məzunları Gəncə şəhərində keçirilən əmək yarmarkasında iştirak ediblər
18
12 2023
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin və "ASAN Kadr" karyera mərkəzinin dəstəyi ilə Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən Gəncə şəhərində əmək yarmarkası təşkil edilib. Yarmarkada 28 müəssisə iştirak edib və 145 vakansiya təqdim edilib.

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi məzunları da əmək yarmarkasında iştirak ediblər.

İşəgötürənlər tərəfindən vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.  

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib.