Aşpaz ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçirilib
08
12 2023
news image

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “CÁSÁ” Kulinariya Sənətləri Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində icra etdiyi dərəcə 2 üzrə “City and Guilds” diplom proqramında “Aşpaz” ixtisası üzrə qısamüddətli təlim kursunda təhsil alan tələbələr üçün ustad dərsi təşkil olunub. Praktiki təlim zamanı tələbələrin iştirakı ilə Avropa mətbəxinə məxsus müxtəlif yemək və salatlar hazırlanıb. Milli mətbəx üzrə ustad dərslərinin növbəti ay keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, adıçəkilən qısamüddətli təlim kursunun iştirakçılarından 3-ü  müvafiq olaraq ABŞ, Şri-Lanka və Rusiya vətəndaşıdır.

Qısamüddətli təlim kursunun sonunda iştirakçılar “CÁSÁ” Kulinariya Sənətləri Mərkəzi tərəfindən veriləcək dərəcə 2 üzrə “City and Guilds” diplomu və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə dövlət nümunəli sertifikatını əldə edəcəkdirlər.