Psixoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilib
04
12 2023
news image

Peşə təhsil müəssisələrində fəailiyyət göstərən psixoloqların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Bakı və Gəncə şəhərində təlimlər keçirilib. Təlimlərdə müvafiq sahə üzrə sənədləşmə işlərinin aparılması, peşə təhsil müəssisələrində psixoloqun rolu və məsuliyyəti mövzuları qeyd edilib, həçinin psixoloji yanaşma metodları barədə interaktiv diskussiyalar aparılıb. Peşə təhsil müəssisələrində təhsil alan tələbələr barədə diaqnostik məlumatların toplanılması, onlarla korreksiya işlərinin aparılması və təhsilə cəlb edilmə metodları müzakirə edilib. Təlimlərdə Bakı şəhəri və bölgələrdən ümumilikdə 50 psixoloq iştirak edib.