29 noyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin (ÇASGEM) nümayəndələri arasında görüş keçirilib. Görüş zamanı qonaqlara məlumat verilib ki, Azərbaycanda peşə təhsilinin inkişafı dövlətin əsas prioritetləri sırasındadır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov: “Peşə təhsili sahəsindəki beynəlxalq tərəfdaşlarımız arasında Türkiyə tərəfi xüsusi yer tutur. Yaxın gələcəkdə Qəbələ və Bakıda Türkiyə ilə ortaq iki peşə təhsil müəssisəsinin qurulması planlaşdırılır”.
Görüşdə həmçinin, qardaş Türkiyə Respublikasının əmək bazarının araşdırılması və təhlili, əldə olunan nəticələrin peşə təhsili sisteminə tətbiqi, həmçinin peşə təhsili sistemindəki pedaqoji heyətin təlimlərə cəlb edilməsi ilə bağlı təcrübələri də müzakirə edilib.