Azərbaycan “WorldSkills Asia Abu Dhabi 2023” regional yarışda iştirak edəcək
24
11 2023
news image

   25 noyabr- 1 dekabr tarixlərində “WorldSkills Azerbaijan” 30 Asiya ölkəsi arasında keçirilən “WorldSkills Asia Abu Dhabi 2023” regional yarışında iştirak edəcək.

Bərbər ixtisası və veb texnologiyaları üzrə “Skills Azərbaycan 2023” Milli yarışının qalibləri Hafiz Hüseynov və Aytac Ağayeva sözügedən peşə istiqamətləri üzrə Birləşmiş Ərəb Əmirliklərin Əbu-Dabi şəhərində keçirilən “WorldSkills Asia Abu Dhabi 2023” yarışında ölkəmizi təmsil edəcəklər.

 “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər ixtisası, zərgərlik, qaynaqçı ixtisası və kibertəhlükəsizlik kimi sahələr yer alır.

“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.