Tatarıstanın Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
22
11 2023
news image

Ölkəmizdə səfərdə olan Tatarıstan Respublikasının təhsil və elm nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Peşə Təhsili üzrə Dövlət Agentliyində olub. Agentliyin rəhbərliyi ilə keçirilən görüşdə Tatarıstan Respublikası ilə ölkəmiz arasında peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Görüş zamanı həmçinin Tatarıstan Respublikası və Azərbaycan Respublikasının qabaqcıl peşə təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin qurulmasının və müxtəlif istiqamətlərdə birgə təşəbbüslərin icrasının vacib olduğunu vurğulanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov: “Sənaye, maşınqayırma və kənd təsərrüfatı istiqamətində təcrübənin öyrənilməsi, tədris proqramlarının birgə hazırlanması, həmçinin sənaye və maşınqayırma sahəsində pedaqoji heyətin qarşılıqlı mübadiləsi birgə əməkdaşlığın olduqca əhəmiyyətli komponentlərdir.” Tatarıstan Respublikasının təhsil və elm naziri İlsur Xadiullin isə bildirib ki, avtomobil, maşınqayırma və  kənd təsərrüfatı daxil olmaqla sənayenin müxtəlif istiqamətləri üzrə yaxın gələcəkdə birgə kadr hazırlığı aktualdır.

     Daha sonra qonaqlar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib və nümayəndə heyətinin mərkəz ərazisinə infoturu təşkil olunub. Qonaqlara məlumat verilib ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur. Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. İnfotur çərçivəsində nümayəndə heyəti tədris otaqları və emalatxanalarla tanış olublar.