“Bir Cənub şəhərində” adlı kulinariya festivalı keçirilib
30
10 2023
news image

28 oktyabr tarixində Lənkəran şəhərində “Diyar.az” komandası, Azərbaycan Dövlət Reklam Agentliyi, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, “Khazar Palace Lankaran” və tanınmış aşpaz Nüsrət Səlimlinin birgə təşkilatçılığı ilə “Bir Cənub şəhərində” adlı kulinariya festivalı keçirilib. Tədbirdə iştirak edən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələrdən ibarət komandası festival iştirakçılarına mərkəzdə tədris edilən ixtisaslar, tələbələr üçün yaradılan imkanlar haqqında məlumat verib, həmçinin öz əl işlərini nümayiş etdiriblər.

 Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Lənkəranın heyrətamiz qastronomik zənginliyini şəhər sakinləri və qonaqlara çatdırmaq olub. UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilən Lənkəranın mətbəxi cənub bölgəmizdə öz unikallığı ilə də fərqlənir.