Erasmus+ proqramı çərçivəsində məlumatlandırma sessiyası baş tutub
18
10 2023
news image

18 oktyabr tarixində Peşə təhsil müəssisələrinin nümayəndələri üçün Erasmus+ proqramı çərçivəsində məlumatlandırma sessiyası həyata keçirilib. Görüşdə Bakı və regionlardan olan peşə təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Məşğulluq Agentliyini, həmçinin Azərbaycan Turizm Bürosunun nümayəndələri iştirak ediblər.

Seminar zamanı iştirakçılara Azərbaycandakı Milli Erasmus+ Ofisinin direktoru Pərviz Bağırov tərəfindən Erasmus+ proqramları, yeni elan edilmiş qrant müsabiqələri və layihələrin maliyyələşdirməsi mexanizmləri haqqında ətraflı məlumat verilib.

Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmçinin yeni layihələrin hazırlanması istiqamətində müzakirələr aparılıb.