Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Sosial Sahibkarların Korporativ Satınalmalar sərgisində iştirak edib
13
10 2023
news image

     Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi öz məhsulları ilə Bakı KOB Evində keçirilən Sosial Sahibkarların Korporativ Satınalmalar sərgisində iştirak edib. Sərgi Education HUB və "Dəstəkçi" platformasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və PAŞA Bank-ın dəstəyi ilə "Azərbaycanda sosial dəyər həftəsi" silsilə tədbirləri çərçivəsində həyata keçirilib.

        Qeyd edək ki, sərginin əsas məqsədi sosial sahibkarlar, kiçik və orta biznes subyektləri və korporativlər arasında əlaqələrin qurulmasıdır.