“WorldSkills Azerbaijan” Ümumi Yığıncaqda iştirak edib
03
10 2023
news image

24-29 sentyabr tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, “WorldSkills Azerbaijan” təşkilatının rəsmi nümayəndəsi Ceyhun Kərəmov “WorldSkills International”ın ən ali tədbiri olan Ümumi Yığıncaqda iştirak edib. Tədbir zamanı, yeni ölkənin təşkilata qəbulu, 2025-ci ildə Ümumi Yığıncaq tədbirinə ev sahibliyi edəcək ölkənin və idarə heyətinin üzv seçimi kimi məsələlər müzakirə olunub və səsvermə nəticəsinə uyğun olaraq qərarlar qəbul edilib. 

Tədbirin davamında, “WorldSkills International” təşkilatı və “HP LIFE Foundation”ın əməkdaşlığı çərçivəsində “BeChangeMaker2023” adlı sosial təşəbbüs müsabiqəsinin son 5 finalçı komandası layihə təqdimatları ediblər. Müsabiqənin qalibi Azərbaycanın əlilliyi olan şəxslər üçün hüquqi yardım ideyaları təklif edən komandası olub.

Qeyd edək ki, “WorldSkills” təşkilatın ən ali tədbiri olan Ümumi Yığıncaq tədbiri 2025-ci ildə Xortvatiyanın Dubrovnik şəhərində baş tutacaq.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.