Erasmus+ proqramı çərçivəsində Bərdədə ixtisasartırma təlimlərinə start verilib
03
10 2023
news image

02 oktyabr tarixində “Erasmus+” proqramı çərçivəsində Estoniyanın Jarvamaa peşə liseyinin bir qrup əməkdaşı tərəfindən Bərdə Peşə liseyində Avtomobil ixtisasları üzrə müəllim və ustalar üçün təlimlərə start verilib. Təlimlərə eyni zaman Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyəti də cəlb olunub. 5 gün davam edəcək təlimlərdə müəllimlər avtomobil diaqnostikası, avtomobil kondisioner sisteminin quraşdırılması, avtomobil təkər balansı, avtomobil qaynağı,avtomobil mühərrik sistemi kimi modullar üzrə bilik və bacarıqlara yiyələnəcəklər.