30 avqust 2023-cü il tarixində Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının A.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasında baş tutan səfər çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olublar. Səfər ərəfəsində nümayəndə heyəti ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə hər iki ölkənin təhsil sistemində peşə təhsilinin rolu və əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.
Daha sonra qonaqlara mərkəzdə yaradılan şərait haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, peşə təhsil müəssisəsində əsasən İKT, avtomobil, mexanika, sənaye istiqamətlərinə aid ixtisaslar tədris olunur və Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur.
Qonaqlar yaradılmış şəraiti çox yüksək qiymətləndirərək gələcəkdə qarşılıqlı əməkdaşlıq etmək arzusunda olduqlarını vurğulayıblar.