Haqqımızda

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır. Agentlik peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır. Agentlik fəaliyyətinin təşkilində Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını və Azərbaycan Respublikası elm və təhsil nazirinin əmr və sərəncamlarını, Agentliyin əsasnaməsini rəhbər tutur, dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslərlə əməkdaşlıq edir və birgə layihələr reallaşdırır.

 

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

 

• ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir;

• peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir;

• peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür;

• peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir;

• qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir;

• peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.

Rəhbərlik
management manager image 1
İlqar Bayramlı
Direktor

İlqar Şakir oğlu Bayramlı 28 mart 1975-ci ildə Bakı şəhərində anadan olub.

1992-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub. 1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsilini tamamlayıb.

İlqar Bayramlı əmək fəaliyyətinə Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlayıb, daha sonra baş müəllim vəzifəsində çalışıb. O, həmçinin “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini və direktor vəzifələrində fəaliyyət göstərib.

Bundan sonra “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi çalışıb, daha sonra Ağsu rayonunda yerləşən “AZGRANATA” MMC-də Maliyyə departamentinin rəhbəri, həmçinin İdarə Heyəti sədrinin birinci müavini olub.

2022-2025-ci illərdə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsində əvvəlcə müdir müavini, daha sonra şöbə müdiri olub. 2025-ci ilin sentyabr–dekabr aylarında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edib.
2025-ci ilin dekabr ayından Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib.

management manager image 1
Simnar Mamedov
Direktor müavini

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov 2007-ci ildə Bakı Dövlət Universitetinin “Turizm və sosial-mədəni servis xidməti” ixtisası üzrə bakalavriat səviyyəsini, 2010-cu ildə isə həmin ixtisas üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə dissertanturaya qəbul olunmuş və 2024-cü ildə müdafiə edərək dissertasiya işini tamamlamışdır.
2019-cu ilin iyul ayında Sloveniyanın Lyublyana Universitetinin İqtisadiyyat və Biznes Məktəbi tərəfindən təşkil olunmuş “Tədqiqat metodları üzrə yay məktəbi”ndə iştirak etmişdir.
Peşəkar fəaliyyətinə 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində akademik məsləhətçi kimi başlayan Simnar Mamedov, daha sonra 2015–2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tədris işləri üzrə dekan müavini, 2018–2021-ci illərdə isə Azərbaycan Turizm və Menecment Universitetində Keyfiyyət təminatı sektorunun rəhbəri və Tədris-metodiki şöbənin müdiri vəzifələrində çalışmışdır.
2021-ci ilin noyabr ayından etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyində fəaliyyət göstərmiş, əvvəlcə Akkreditasiya və Lisenziya şöbəsində baş məsləhətçi, daha sonra isə Təlim və metodologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Bu dövrdə o, daxili və xarici keyfiyyət təminatı sahəsində təlim və metodoloji sənədlərin hazırlanmasına rəhbərlik etmiş, eləcə də AzMKÇ-nin 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi və peşə təhsili müəssisələri üçün akkreditasiya meyarlarının hazırlanması və pilot tətbiqi üzrə işlərdə yaxından iştirak etmişdir.
Simnar Mamedov təhsildə keyfiyyət təminatı sahəsində Litva, İsveç, Böyük Britaniya və İspaniyada beynəlxalq təlim və təcrübə proqramlarında iştirak etmiş, həm yerli, həm də beynəlxalq layihələrdə ekspert və rəhbər kimi fəaliyyət göstərmişdir.
İngilis və rus dillərini bilir.

management manager image 1
Kənan Mirzəyev
Direktor müavini

Kənan Mirzəyev 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavriat pilləsini, 2011-ci ildə isə ABŞ-ın Oklahoma Dövlət Universitetinin “Beynəlxalq əlaqələr” ixtisası üzrə magistr pilləsini bitirmişdir. 2019-cu ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Diplomunu (ACCA DipIFR), 2022-ci ildə isə Peşəkar Mühasib Sertifikatını (PMS) əldə etmişdir.
O, əmək fəaliyyətinə 2003-cü ildə BMT-nin İnkişaf Proqramında layihə köməkçisi vəzifəsində başlamışdır. Daha sonra əmək fəaliyyətini 2007-ci ildən 2018-ci ilə kimi “Gilan Holdinq” MMC və “Azersun Holdinq” MMC-yə məxsus şirkətlərdə, 2019-cu ildən 2023-cü ilə kimi isə "Azərbaycan Dəmir Yolları" QSC-də maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifələrdə davam etdirmişdir. O həmçinin, maliyyə nəzarət mexanizmlərinin və təchizat sistemlərinin elektronlaşdırılması istiqamətində təcrübəyə malikdir.

Struktur
Struktur
Brend kitabçası
document_image
136.5 КБ, DOC
01-10