Qarabağa qayıdış

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə geri qayıdan əhalinin məşğulluğunun davamlı artırılması üçün iqtisadiyyatın tələbatına uyğun Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qısamüddətli təlimlər təşkil edilir.

 

Təlimlər 2-6 ay müddətində keçirilir. Təlimləri uğurla bitirən şəxslərə istiqamətindən asılı olaraq dövlət nümunəli  ixtisas sertifikatları təqdim edilir.

 

Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilmişdir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həm də təlimçilik təcrübəsi olan mütəxəssislər tərəfindən keçirilir.

     

                                                                                                                             Qatılmaq üçün: portal.edu.az