İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Aesthetic & Welness World Academy ilə birgə qısamüddətli təlimlərə qəbul elan edir
04
10 2022
news image

Aesthetic & Welness World Academy ilə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi birgə əməkdaşlıq çərçivəsində kosmetologiya sahəsində 4 istiqamət üzrə qısamüddətli təlimə qəbul elan edir.

Təlimlər əsasən 6 aylıq təlim müddətini əhatə etməklə Kosmetologiya sahəsinin Kosmetoloq, texnik (estetik və s.), Kosmesevt və Masajist (Spa, tibbi və s.) istiqamətlərini əhatə edəcəkdir.

Təlimlərə 2022-ci ilin oktyabr ayından başlanılması nəzərdə tutulur. Təlim iştirakçıları nəzəri dərsləri İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəni isə Aesthetic & Welness World Academy-nin kosmetoloji mərkəzlərində keçəcəklər.

Təlimlərdə iştirak tam orta təhsil almış hər bir kəs üçün açıqdır. Müraciətlər  https://courses.awwa.site/ səhifəsi vasitəsilə qəbul edilir. Həmçinin səhifəyə daxil olmaqla təlimlər haqqında ətraflı məlumat almaq mümkündür.

İştirakçılar təlimlərin sonunda yerli və beynəlxalq səviyyəli təlimçilər tərəfindən müasir metodik materiallardan istifadə olunmaqla nəzəri biliklər və praktik təcrübə, həmçinin Azərbaycan ərazisində qüvvədə olan dövlət nümunəli sertifikat əldə edəcəklər.