“Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər təlimi tamalanıb
01
07 2022
news image

“Bacarıqlı Ol” Usta yanında öyrənmə layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Şamaxı Peşə Liseyinin “Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər peşə təlimi 29 iyun tarixində başa çatıb.

Tələbələrin tədris proqramının nəzəri hissəsi sözügedən peşə təhsil müəssisələrində, praktiki hissəsi isə dual təlim proqramına uyğun olaraq Şamaxı şəhərində yerləşən “Şirvan Şərabları” MMC və Qəbələ “Aspi Agro” MMC üzüm emalı zavodunda keçirilib. Təlim zamanı tələbələr müəssisə mütəxəssislərinin və istehsalat təlimi ustalarının birbaşa nəzarəti ilə ilk öncə işəgötürən müəssisədə zavodun iş prinsipi ilə tanış olub, daha sonra isə əsas praktiki bacarıqları əhatə edən işləri həyata keçirərək üzüm sahəsinə qulluğun bütün mərhələlərini öyrəniblər.

Qeyd edək ki, 2020-2021-ci illər üzrə “təcrübəyə əsaslanan öyrənmə” metodu ilə həyata keçirilən təlimlərdə “Üzümçülük və şərab ustası” ixtisası üzrə ilk 36 nəfər, 2021-2022-ci illər üzrə isə artıq ikinci 54 nəfər tələbə “Bacarıqlı Ol” Usta yanında öyrənmə layihəsi tərəfindən dəstəklənib. Tələbələr gündəlik qida, nəqliyyat, uniforma və fərdi qəza siğortası ilə təmin olunub, eyni zamanda təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alıblar.