Lənkəran Peşə Liseyi “Sosial Media Marketinqi” ixtisası üzrə təlimlərə ərizə qəbulu elan edir
15
04 2022
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən turizm istiqamətində daha bir təlimə start verilir. “Sosial Media Marketinqi” üzrə keçiriləcək təlim 2 ay  müddətində davam edəcək.

Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 15-24 aprel tarixlərini əhatə edir. Müraciətlər elektron ərizə formasında bu keçid üzərindən toplanılacaqdır. Təlimə orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr və məzunlar müraciət edə bilərlər. Təlimi uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək.

Seçim üçün qeyd olunan sahə üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimə seçilmiş şəxslər sosial şəbəkələrdə (Facebook, İnstagram və s.) səhifələrin düzgün və cəlbedici formada yaradılması və doğru tərtibatı, sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi, copywriting, sosial media üçün yardımçı platformalardan istifadə, vizual materialların hazırlama qaydaları və s. kimi bacarıqlara yiyələnəcəklər.

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumat Agentliyin sosial media səhifələri üzərindən bölüşülməkdədir.