Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) layihəsi çərçivəsində peşə təhsil müəssisələrinin bir qrup müəllimi Türkiyədə təcrübə səfərindədir
15
03 2022
news image

14 mart tarixindən Türkiyənin Antalya şəhərində Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində təşkil olunan turizm üzrə təlim proqramına start verilib. Proqram çərçivəsində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət peşə Təhsil Mərkəzinin, Şəki Dövlət Peşə Təhsl Mərkəzinin bir qrup pedaqoji heyəti Türkiyədə təcrübə səfərinə yollanıblar.

“Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramın 25 mart tarixinədək davam edəcəyi nəzərdə tutulur.

Birinci mərhələsi “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə 21-25 fevral tarixlərində Bakıda keçirilən layihənin Antalyada davam edən praktiki hissəsi Türkiyə Millli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi tərəfindən təşkil olunub. İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin ikinci praktiki mərhələsinə cəlb olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi turizm təhsili sahəsində fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsi, yeni təcrübə və biliklərin əldə olunmasına dəstək göstərməkdən ibarətdir.