“Ofisant” ixtisası üzrə qısamüddətli təlimə ərizə qəbulu elan edilir
25
02 2022
news image

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi “Ofisant” ixtisası üzrə qısamüddətli təlimə ərizə qəbulunu elan edir.

Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyi və Dövlət Turizm Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

Bir ay müddətində “Khazar Palace” hoteli ilə əməkdaşlıqda keçiriləcək təlim zamanı iştirakçılar hotel və restoranlarda yüksək səviyyəli masa xidmətinin təşkilinə dair zəruri bilik və bacarıqlara yiyələnəcəklər.

İştirak üçün ərizə və müsahibə yolu ilə keçirilən seçim mərhələlərini uğurla keçən namizədlər təlimlərə iştirakçı qismində cəlb ediləcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

İl ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə turizm sahəsində daha çox təlimlərin keçirilməsi planlaşdırılır. Bu və digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.