Kibertəhlükəsizlik üzrə Milli Yarışın qaliblərinin mükafatlandırma mərasimi baş tutub
14
02 2022
news image

14 fevral tarixində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək gənclərin müəyyən edilməsi üçün Kibertəhlükəsizlik üzrə Milli Yarışın Final mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Təbdirdə Təhsil nazirinin müavini İdris İsayev iştirak etmişdir. Nazir müavini çıxışında kibertəhlükəsizliyin əhəmiyyəti haqqında söz açıb, bu sahənin dövlət tərəfindən xüsusi diqqət məkrəzində olduğunu bildirib. Daha sonra, yarışın qalibləri – Sənan Nəcəfov, Vüsalə Ələkbərova, Xalid İsmayıllı, Məhəmmədcan Məhəmmədcanov, İsgəndər İsgəndərov və Mikayıl Mustafayev təltif edilib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulanıb.

Qeyd edək ki, qalib iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olaraq, “WorldSkills Shanghai 2022” beynəlxalq yarışının hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda, iki iştirakçı  cari ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.

Müsabiqə Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.