Peşə təhsili üzrə yeni hazırlanmış təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı növbəti təlim uğurla tamamlanıb
09
12 2021
news image

9 dekabr tarixində peşə təhsil müəssisələrinin müəllim və istehsalat təlimi ustaları və direktor müavinləri üçün peşə təhsili üzrə yeni hazırlanmış təhsil proqramları və təlim materiallarının tətbiqi ilə bağlı təlim təşkil edilib. Onlayn qaydada təşkil olunan təlimin əsas mövzusunu təhsil proqramlarının strukturu və tətbiqi, tədris planları və təhsilalanların qiymətləndirilməsindən ibarət olub.

Təlimdə jurnal və digər təhsil sənədləri ilə bağlı yeni formatın təqdimatı həyata keçirilib və nümunələr üzərində həmin sənədlərin düzgün tətbiqi izah olunub. Bundan əlavə peşə və kvalifikasiya standartları, modul dərsliklərinin tətbiqi, dərs saatlarının düzgün bölünməsi və fəal təlim üsulları ilə bağlı məsələlər də təqdim edilib. Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Sözügedən təlimlər zamanı iştirakçıların yeni hazırlanmış təhsil proqramları və materialların tətbiqi ilə bağlı məsələlər müzakirə edilib, rəy və təklifləri toplanılıb.

Təlimdə 29 peşə təhsil müəssisəsindən 33 nəfər iştirak edib.