“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
04
12 2021
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi, “GESCO” ASC və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir. İştirak üçün ərizələrin qəbulu 30 dekabr, 2021-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən qəbul ediləcək.

Təlimlərə 20 yaşdan yuxarı Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər. Müraciət edən şəxslərin minimum orta təhsilli və hərbi xidmətdə olması zəruridir (qadınlar istisna olmaqla). Təlim iştirakçıları bir ay yarım müddətində qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlıq və yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər.

Təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Mühafizə Məktəbində təşkil ediləcək.

Təlimi müvəffəqiyyətlə bitirən şəxslər dövlət nümunəli sertifikat əldə edəcək və “GESCO” ASC tərəfindən işlə təmin ediləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.