“Şəbəkə inzibatçısı” istiqaməti üzrə qısamüddətli təlimlər keçiriləcək
20
11 2021
news image

Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində “Şəbəkə İnzibatçısı” istiqaməti üzrə təlimlər keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 20 dekabr, 2021-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə üzərindən toplanılacaq.

Təlimlərə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili bilikləri və İnformasiya Texnologiyaları üzrə təhsil və ya iş təcrübəsi olanlara üstünlük veriləcək.

Təlimə seçilmiş şəxslər şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, İP rutinq və Lan sviçinq texnologiyası haqqında biliklər əldə edəcək, eyni zamanda onları təcrübədə tətbiq etmək imkanları olacaq.

Dərslər həm nəzəri, həm də praktiki hissələrdən ibarət olacaq. Təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat təqdim ediləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Peşə Təhsili üzrə Dövlət Agentliyinin sosial media səhifələri üzərində geniş ictimaiyyət ilə bölüşülməkdədir.