Peşə təhsili müəssisələrində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!
17
04 2018
news image

        Son illərdə iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun davamlı inkişaf etdirilməsi istiqamətində aparılan məqsədyönlü islahatlar ölkədə əlavə dəyər yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara tələbatı artırır.

       Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əmək bazarının tələblərinə uyğun ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasını təmin etmək məqsədilə yüksək peşəkarlığa malik mütəxəssislərin peşə təhsili və təlimi müəssisələrində tədris prosesinə cəlb edilməsi prioritet kimi müəyyən edilmişdir.

      Bununla əlaqədar olaraq, istehsalat təcrübəsinə malik səriştəli mütəxəssislərin öz iş yerlərini saxlamaqla, peşə təhsili və təlimi müəssisələrinə təlimçi qismində cəlb olunması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

        Peşə təhsili müəssisələrində işləmək istəyən ixtisaslı mütəxəssislər öz CV-lərini office@vet.edu.gov.az elektron ünvanına göndərə bilərlər.

      İxtisaslı mütəxəssislərin peşə təhsili və təlimi müəssisələrinə işə qəbulu müəyyən olunmuş şərt və meyarlara əsasən müraciət edənlərin qiymətləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.

        Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.