Peşə təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Əsas (təməl) Həyat Bacarıqları” təlim kursu tədris olunacaqdır
15
10 2021
news image

BMT Uşaq Fondu (UNİCEF) beynəlxalq ekspertlərin köməyi ilə “Əsas Həyat Bacarıqları” üzrə təlim kursu hazırlanıb. Peşə təhsil müəssisələrində təhsil alan tələbələrin əsas həyat bacarıqlarına yiyələnmələri üçün “Şəxsi inkişaf və karyera planlaşdırması” baza moduluna dəyişikliklər edilərək təhsil proqramlarına əlavə edilib.

13 oktyabr tarixindən başlayaraq üç gün müddətində seçilmiş peşə təhsil müəssisələrinin müəllimləri üçün onlayn şəkildə “Şəxsi inkişaf və karyera planlaşdırması” baza modulunun tədrisi ilə bağlı təlimlər keçiriləcək və bundan sonra həmin müəllimlər ilin sonunadək öz tələbələrinə bütün ixtisaslar üzrə “Əsas Həyat Bacarıqları”nı tədris edəcəklər.

“Əsas Həyat Bacarıqları” təlim kursu aşağıda qeyd olunan mövzular əhatə edir:

  1. Özünü tanıma: stressin idarə olunması, emosional tənzimləmə, müsbət düşünmə, özünü qiymətləndirmə
  2. Şəxslərarası bacarıqlar: Empatiya, Dinləmə bacarıqları, Şəxslərarası effektivlik, Mübahisələri həlletmə, Münasibətlərin idarə edilməsi, İnamlı ünsiyyət
  3. Düşünmə bacarıqları: Məqsədi muəyyənləşdirmə, Qərar qəbuletmə, Problem həlletmə, Tənqidi və yaradıcı düşünmə, İcraetmə bacarıqları, Davamlılıq (çətin şəraitə uyğunlaşma)

Həmin modul dərslik bütün peşə təhsil müəssisələrində tədris olunacaqdır.