Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir
16
09 2021
news image

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Merçendayzinq” üzrə təlimlər keçirilir.

     Təlim zamanı iştirakçılar şirkətlərin tələblərinə uyğun məhsulların yerləşdirilməsi, onlara nəzarət, məhsulun reklam edilməsi üçün imkanları müəyyənləşdirmək, reklam materiallarının düzgün yerləşdirilməsini təmin etmək, promo məhsulların, marketinq materiallarının və hədiyyələrinin satış nöqtələrinə çatdırılmasını təmin etmək kimi müxtəlif istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər.

     Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Bir ay müddətində keçiriləcək təlim zamanı iştirakçılar işin birbaşa icra edildiyi məkanlara səfər etmək və təcrübə keçmək imkanı da əldə edəcəklər. Müraciətlər 30 sentyabr, 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul edilməkdədir.

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatı Agentliyin sosial media səhifələrindən əldə edə bilərsiniz.