Peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edilir
03
09 2021
news image

     Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi peşə təhsili pilləsi üzrə tədris aparan pedaqoji heyətin İKT istiqamətində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlər təşkil edir.

     Plana uyğun olaraq, İKT sahəsi üzrə 11 müxtəlif təlimin təşkil edilməsi nəzərdə tutulub. Bu təlimlərdə MS Word, MS Excel, MS PowerPoint, MS Outlook, MS Teams, MS Forms, IKT-nin əsasları (Cisco), qrafik dizayn proqramlarından istifadə, tədris üçün elektron təqdimat resurslarından istifadə, sosial media hesablarının idarə olunması və  Peşə Təhsili İnformasiya Sistemindən istifadə sahələrini əhatə etməklə, ümumilikdə 3500-ə qədər müəllim-pedoqoji heyətin iştirakı nəzərdə tutulur.

     Qeyd edək ki, 2 avqust 2021-ci il tarixindən etibarən artıq MS Outlook, IKT-nin əsasları (Cisco), qrafik dizayn proqramlarından istifadə üzrə təlimlərə başlanılmışdır. Peşə təhsil müəssisələri üçün təşkil edilən bu təlimlər Sənaye və İnnovasiyalar üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır.

      Qeyd edilən təlimləri uğurla bitirmiş iştirakçılara dövlət nümunəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.