WorldSkills Azerbaijan platforması ödənişli təcrübə proqramı elan edir
19
08 2021
news image

       WorldSkills Azerbaijan platforması ali təhsil müəssisələrinin III-IV kurs tələbələri və məzunları üçün ödənişli təcrübə proqramı elan edir. Üç ay davam edəcək proqram çərçivəsində təcrübəçi bacarıq yarışlarının təşkil olunmasına, eləcə də layihələrin idarə edilməsinə və kommunikasiya işlərinə dəstək verəcək.

       Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platformanın əsası Azərbaycanın beynəlxalq səviyyədə WorldSkills hərəkatına qoşulmsı ilə qoyulub. WorldSkills Azerbaijan gənclərimizə dünyanın ən nüfuzlu bacarıq olimpiyadalarında iştirak etmək və ölkəmizi beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

        Təcrübə proqramı üçün son müraciət tarixi sentyabrın 5-dir.Daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə daxil olmağınız xahiş olunur.