Peşə təhsili üzrə Dövlət Agentliyində “Donor Koordinasiya Görüşü” baş tutub
13
03 2018
news image

           Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibatı binasında Təhsil Nazirliyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Amerika Birləşmiş Ştatlarının səfirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ), Asiya İnkişaf Bankı (ADB), BMT-nin İnkişaf Proqramının (UNDP), Britaniya Şurası (British Council), GOPA və NİRAS şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.

           Görüşdə Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov və Peşə Təhsili Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları şöbəsinin müdiri Məcid Bayramlı təqdimat ilə çıxış edərək görüş iştirakçılarına peşə təhsili sahəsində mövcud vəziyyət və perspektiv əməkdaşlıq istiqamətləri ilə bağlı məlumatlar vermişlər. Görüşdə peşə təhsili sahəsindəki hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələr, o cümlədən sektorun strateji prioritetləri müzakirə olunmuşdur.