“BAZARSTORE” MMC ilə birgə Satıcı-kassir ixtisası üzrə təlimlərə başlanılıb
05
03 2021
news image

     1 mart tarixində “Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı çərçivəsində Satıcı-kassir ixtisası üzrə təşkil edilən təlimlərdə iştirak üçün sənəd vermiş namizədlərin müsahibəsi yekunlaşıb. Müsahibələr “BAZARSTORE” MMC əməkdaşlarının iştirakı ilə aparılıb. Müsahibəyə qatılan namizədlərdən 20 nəfər təlimlərdə iştirak üçün seçilib.

     Ötən gündən etibarən proqram çərçivəsində təlimlərə başlanılıb. Nəzəri təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilməkdədir. Təlimlərin praktiki hissəsi “BAZARSTORE” MMC-nin “Qara Qarayev”, “Xətai” və “Nəsimi” mağazalarında təlim ustalarının iştirakı ilə təşkil olunacaqdır.

     Təlimin məqsədi peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə, peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.

     Qeyd edək ki, keçirilən təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bazarstore” MMC arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində baş tutmaqdadır.