“WorldSkills Azerbaijan” platforması İKT mütəxəssislərini axtarır
10
03 2021
news image

       WorldSkills Azerbaijan platforması “Veb Proqramlaşdırma” və “Kiber Təhlükəsizlik” istiqamətləri üzrə mütəxəssislər axtarır.Sözügedən mütəxəssislər qeyd edilən bacarıq istiqamətləri üzrə gənc kadrların beynəlxalq yarışlara hazırlanmasına və ölkə səviyyəsində yarışların təşkil olunmasına dəstək verəcəklər. Bununla yanaşı, mütəxəssislər beynəlxalq təlimlərdə iştirak, şəbəkələşmə və Azərbaycanı bacarıq yarışlarında təmsil etmək imkanı əldə edəcəklər.

       Qeyd edək ki, Azərbaycan ötən ilin oktyabr ayında beynəlxalq səviyyədə WorldSkills hərəkatına qoşulub. WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək, eləcə də gənc kadrlara öz bacarıqları ilə ölkəni beynəlxalq yarışlarda təmsil etmək imkanı yaradır. 

       Maraqlı mütəxəssislərin 19 mart tarixinədək CV-lərini müvafiq ixtisasın adını mövzu bölümünə qeyd etməklə worldskills@vet.edu.az ünvanına göndərmələri xahiş olunur. Ətraflı məlumat bu keçiddə yer alır.