Sənaye və İnnovasiyalar üzrə BDPTM məzunların karyera inkişafına dəstək tədbirlərini davam etdirir.
10
02 2021
news image

          Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “avtomobil” istiqaməti üzrə təhsilalanların peşəkar səviyyədə bilik və bacarıqlarını təkmilləşdirmələri yolunda mövcud imkanlarını genişləndirməyə davam edir.

          Bu istiqamətdə həyata keçirilən fəaliyyətə dəstək məqsədilə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Carpoint Avto Servis” şirkəti arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. Əməkdaşlığın başlıca məqsədi Mərkəzin məzun və tələbələrinin işlə təmin olunmasına dəstək verməkdən ibarətdir.

          Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə BDPTM peşəkar kadr hazırlığını təmin etmək, təhsilalanların praktiki bacarıqlarını inkişaf etdirmək, təcrübə proqramlarının təşkilinə və məzun tələbələrin işlə təmin olunmasına dəstək məqsədilə, digər qabaqcıl avtomobil müəssisələri olan Avtoluks Azərbaycan, Abşeron Avtomobil Mərkəzi (Mercedes Benz), İmprotex Motors (BMW, BMW Motorrad Motorcycles, MINI, Rolls-Royce və Yamaha Motors), Dream Auto MMC, Şərq Motors, Toyota Azərbaycan, Cahan Motors, Mitsubishi, Honda, Mazda, Subaru və bu kimi digər avtomobil şirkətləri ilə də sıx əməkdaşlıq əlaqələrini davam etdirməkdədir.