Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi sənaye nümayəndələri ilə yaxından əməkdaşlıq edir.
03
02 2021
news image

         2019-cu ildən cənab prezident İlham Əliyevin iştirakı ilə açılışı edilən və Koreya standartlarına əsasən inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ölkə dəı fəaliyyət göstərən yerli və xarici sənaye nümayəndələri ilə yaxından əməkdaşlıq edir.

         Ötən dövrdə “Technol” şirkəti tərəfindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə sürtgü yağlarının ehtiyat səviyyəsinə dair məlumatların birbaşa cihaz panelinə ötürülməsi istiqamətində sifariş verilmişdir.

         Mərkəzdə Avtomatika istiqaməti üzrə çalışan, Koreya Respublikasında ixtisas üzrə təlimlərdən keçmiş metodist-təlimçilər əldə olunan sifarişi qısa müddətdə icra etmişlər. Belə ki, sifariş çərçivəsində Proqramlaşdırıla bilən Məntiq Kontrollerlər  (PLC) və sensorlar vasitəsilə “Technol” şirkətinin istehsalat sahəsində sürtgü yağlarının ehtiyat səviyyəsinə dair məlumatların birbaşa cihaz panelinə ötürülməsi təmin olunmuşdur.

         Qeyd edək ki, Mərkəz ilə əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə sözügedən müəssisədə bir sıra  digər layihələrin həyata keçirilməsi istiqamətində də müvafiq işlərin icrası nəzərdə tutulur.