Anım mərasimi keçirilib
12
12 2017
news image

Dekabrın 12-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Mərasimdən öncə Təhsil Nazirliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivi Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Təhsil Nazirliyi rəhbərliyinin, ali təhsil müəssisələri rektorlarının və təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Milli Konservatoriyası tələbələrinin ifasında ümummilli lider Heydər Əliyevin sevdiyi mahnılar,musiqilər səsləndirilib.