“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” mövzusunda vebinar təşkil edilib
10
06 2020
news image

        9 iyun, 2020-ci il tarixində “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” mövzusunda vebinar təşkil edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Təhsil standartları və tədris resursları, Peşə təhsili müəssisələrinin idarəedilməsi, keyfiyyətin təminatı və monitorinq şöbələri və peşə təhsili müəssisələrinin nümayəndələrinin iştirak etdiyi vebinarda təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası əsasında yekun qiymətləndirilmənin və sənədləşmənin aparılması müzakirə edilib və eyni zamanda peşə təhsili müəssisələri tərəfindən ünvanlanan suallar cavablandırılıb.