Turizm istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar təşkil olunub.
05
06 2020
news image

5 iyun tarixində peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə turizm  istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar təşkil edilib. Peşə Təhsili üzrə dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə, Dövlət Turizm agentliyinin Təhsil və təlim sektorunun müdiri Hüseyn Həsənov, JW Marriot Absheron Baku otelinin İnsan resursları şöbəsinin direktoru Sevic Purvis, Fairmont Baku, Flame Towers otelinin Heyətin idarəedilməsi şöbəsinin direktoru Fəridə Abbasova, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fatma Çəndirova və Turizim və Sosial xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Kifayət Bayramovanın iştirakı ilə təşkil edilən vebinarda hazırda ən çox müraciət olunan ixtisaslar, əmək bazarında mövcud tələbat, həmçinin təhsil imkanları müzakirə olunub.         

Vebinar zamanı Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Hüseyn Həsənov turizm sahəsi üzrə hazırkı və gələcək ehtiyacların müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmanın təfərrüatlarını bölüşərək, turizm sahəsində məhz peşə təhsilli kadrlara ehtiyac olduğunu vurğulayıb.                                                                                                                                                                                                                       

JW Marriot Absheron Baku otelinin İnsan resursları şöbəsinin direktoru Sevinc Purvis və Peşə Təhsili üzrə dövlət Agentliyinin  Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə 28 fevral 2020-ci il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin və JW Marriott Absheron Baku otelinin birgə təşəbbüsü çərçivəsində təşkil edilən  “Açıq Qapı günü”  haqqında məlumat verib və həmçinin belə tədbirlərin həyata keçirilməsinin önəmini qeyd ediblər.

Fairmont Baku, Flame Towers otelinin Heyətin idarəedilməsi şöbəsinin direktoru Fəridə Abbasova  və digər iştirakçılar  Britaniya Şurasının dəstəyilə həyata keçirilən “Turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” çərçivəsində cəlb olunan tələbələrin işlə təmin olunması və əmək bazarına daxil olmaları üçün önəmli olan təcrübənin əldə edilməsini xüsusi ilə qeyd ediblər. 

Vebinar zamanı, həmçinin peşə təhsili müəsisələrinə qəbul qaydaları barədə məlumat verilib.