Peşə Təhsili üzrə Dövlət Agentliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır.
29
03 2020
news image

       Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarları nəzərə alınaraq, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində vətəndaş qəbulu 2020-ci il aprel ayının 20-dək fəaliyyətini dayandırır.

      Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi office@vet.edu.gov.az elektron poçt ünvanlarına müraciət edə bilərlər.

         Rəsmi məlumatları Peşə Təhsili üzrə Dövlət Agentliyinin internet saytı (www.vet.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.