Britaniya Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” adlı regional proqramına başlayıb.
12
03 2020
news image

          Britaniya Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiarı olduğu “Crafting Future” adlı regional proqramına başlayıb. Proqram tətbiqi sənətin, sənətkarlığın dəstəklənməsi və inkişafına istiqamətlənmiş aktual tədqiqat və maarifləndirmə təşəbbüslərini özündə ehtiva edir. 3 il müddətində davam edəcək proqram çərçivəsində Böyük Britaniyanın Plimut İncəsənət kolleci ilə sıx əməkdaşlığın aparılması nəzərdə tutulur. Hazırda proqramın növbəti mərhələsi olaraq həyata keçirilməsi məqsədəuyğun olan iş həcminin və əsas prioritetlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.

           Sözügedən proqram çərçivəsində mümkün əməkdaşlığın dərindən tədqiq edilməsi məqsədilə layihə çərçivəsində benefisiar qismində çıxış edən qurumların nümayəndələrinin ötən həftə Böyük Britaniyanın Plimut şəhərinə tətqiqat səfəri baş tutub. 3 gün davam edən səfər çərçivəsində kollecin maddi texniki bazası ilə tanışlıq, tədris prosesinin aparılması və tətbiq edilən yeni yanaşmalar barədə ətraflı məlumatlar əldə edilib.