Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə “Sonsuzluğa uzanmış gecə ” adlı filmin istehsalına başlanılıb.
26
02 2020
news image

         Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdindəki fəaliyyət göstərən “ART center” studiyasında Xocalı soyqırımına ithaf edilən “Sonsuzluğa uzanmış gecə” adlı filmin istehsalına başlanılıb. Filmin prodüseri və kino rejissoru qismində Nadir Maçanov çıxış edib.

           “ART HOUSE” janrında olan filmin çəkilişinə Mədəniyyət və Sənətkarlıq  üzrə  Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri və tələbələri cəlb edilib. Filmin dekor və qrim işləri Mərkəzin qeyd olunan istiqamətdə tədrisi aparan müəllim heyətinin nəzarəti altında mərkəzin tələbələri tərəfindən həyata keçirilib. Filmin prodüserləri sırasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev də yer alıb. Çəkiliş proseslərinin başa çatdığı filmin, hazırda montaj işləri davam etməkdədir. Filmdə Azərbaycan Respublikasının Xalq artisti Qurban İsmayılov, Əməkdar artisti Rasim Cəfər, tanınmış aktyorlar Aydın Əliyev, Mithad Aydın, Mənsurə Əhmədova, Tural Baxış, Dəniz Tacəddin, Elvin Əhmədov və digərləri rol alıb.                                                             
           Filmdə geniş yer alan döyüş səhnələrinin canlandırılması məqsədilə hərbi texnikanın təchizatında və qurulmasında bilavasitə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti dəstək olub.

           "ETERNAL NIGHT” adı ilə bir sıra Beynəlxalq kino festivallara qatılmaqda iddialı olan, film təqdimatının “31 Mart  Azərbaycanlıların  Soyqırımı günü”nə təsadüf edəcəyi güman edilir.