Qəbələ Peşə Təhsil Mərkəzi ilə “ASPI Winery” arasındakı strateji əməkdaşlıq uğurla davam etməkdədir.
13
02 2020
news image

                "Üzüm və şərab ustası" pilot ixtisas qrupunun tələbələri Qəbələ Peşə Təhsil Mərkəzi ilə ASPI Winery (SAVALAN) arasında strateji əməkdaşlıq nəticəsində yaradılmış nümayiş-üzüm sahəsində budama işlərinə başlayıblar. Müəssisə daxili təlimlər duala bənzər peşə təhsili və təlimi (PTT) çərçivəsində işəgötürənlərlə birlikdə hazırlanmış tədris planına əsasən aparılır. Avropa İttifaqı tərəfindən maliyyələşən ED VET layihəsi çərçivəsində 50 dən çox müəssisə Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsil mərkəzləri ilə əməkdaşlıq edir. İşəgötürənlər müəssisə daxili təlim cədvəlinin müəyyənləşdirilməsində, nümayiş sahələrinin yaradılmasında, müəllim və usta təlimçilərin bacarıqlarını artırılmasında, təlim prosesinin izlənilməsində, tələbələrin qiymətləndirilməsində və s. üzrə məsələlərdə iştirak edirlər.