Lənkəran Peşə Liseyinin gənc texnikləri Liseyin istehsalat təlim ustası Etibar Məhmətlinin rəhbərliyi altında alternativ və ekoloji təmiz enerji ilə bağlı daha bir qurğu hazırlayıblar.
Sənaye üsulundan fərqli olaraq bu panel sadə və əlaltı materiallardan hazırlanıb. Günəş işığının hərarəti 5-10 dərəcə olduğu halda belə panelin verdiyi enerji suyu 50 dərəcəyədək qızdıra bilir. Bu da qış aylarında ucqar təsərrüfatlarda çalışanlara isti sudan istifadə etməyə imkan verir.
Liseyin direktoru Afər Kərimov bildirib ki, bu işləri görməkdə əsas məqsədimiz tələbələri daha innovativ layihələrə cəlb etmək, onların innovativ biznesə qoşulmalarına dəstək olmaq və sosial ekoloji məsuliyyəti artırmaqdır.
Bir neçə ay öncə Lənkəran Peşə Liseyinin tələbələri tərəfindən mexaniki enerjini (velotrenajor) elektrik enerjiyə çevirən qurğu hazırlanmışdılar.