Peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin İstanbul, Ankara və İzmir şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssislərində təlimlərə cəlb olunması nəzərdə tutulub.
16
10 2019
news image

              2019-2020-ci tədris ili ərzində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında peşə təhsili sahəsində əməkdaşlıq çərçivəsində ölkəmizin peşə təhsili müəssisələrində çalışan 49 nəfər mühəndis – pedaqoji heyətin İstanbul, Ankara və İzmir şəhərlərində fəaliyyət göstərən peşə təhsili müəssislərində təlimlərə cəlb olunması nəzərdə tutulub.

              Təlimlərin 2-12 həftə müddətində, liderlik, turizm, inşaat, dərzi, dizayn, incəsənət, avtomobil, kənd təsərrüfatı, elektrik, zərgərlik istiqamətləri üzrə həyata keçirilməsi planlaşdırılıb. Sözügedən əməkdaşlıq çərçivəsində inşaat sahəsi üzrə İstanbulda təşkil edilən 1 aylıq təlim prosesinə artıq başlanılıb. Təlim zamanı peşə təhsili müəssisələrindən seçilən 4 müəllim təməl inşaat texnologiyası, xarrat-dülgər, çilingərlik, santexnika istiqamətləri üzrə təlimlər çərçivəsində təhsil müəssisələrinin emalatxanaları və həmçinin avadanlıqların iş prinsipi və özəllikləri ilə yaxından tanış olublar.