Təhsil naziri peşə təhsili müəssisələrinin işçilərini mükafatlandırdı
04
10 2019
news image

                 Azərbaycan Respublikasının Təhsil naziri  4 oktyabr tarixində təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir sıra təhsil işçilərini təltif edib. Təltif edilənlər sırasında peşə təhsili müəssisələrinin əməkdaşları da yer alıb.

Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunub:

  • Bayramova Kifayət Hüseyn qızı - Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyinin tədris istehsalat işləri üzrə direktor müavini;
  • Həmzəyev Pərviz Asif oğlu - 5 nömrəli Bakı Peşə Məktəbinin direktoru, tarix müəllim.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub:

  • Həsənova Nərmin Musa qızı - Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyinin ixtisas fənn müəllimi;
  • Məhərrəmov Şahin İbrahim oğlu -  Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 2 nömrəli Gəncə Peşə Liseyinin direktoru;
  • Mirzəyeva Xanım Şahin qızı - Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 5 nömrəli Bakı Peşə Liseyinin istehsalat təlim ustası.

Peşə təhsili müəsisələrində çalışan bütün müəllim və pedaqoji heyəti Peşə Təhsili üzrə Dövlət Agentliyi adından təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.