Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramının icrasına dair görüş keçirilib
18
09 2019
news image

 

          18 sentyabr tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı”nın növbəti mərhələsi üzrə gələcək planlar və prioritetlər müzakirə edilib. Sözügedən proqramın icra müddətinin 2020-ci ilin may ayından etibarən 3 il müddətinə uzadılması nəzərdə tutulur.

          Regional səviyyədə icra edilən layihənin əsas məqsədi bilavasitə məşğulluğun artırılması, kənd təsərrüfatı və turizm sektorları üzrə potensialın gücləndirilməsindən ibarətdir. Sözügedən layihə 2017-ci ildən etibarən icra olunmaqdadır.