Davamlı insan inkişafı naminə peşə seçiminin əhəmiyyətinə dair müzakirələr aparılıb
20
02 2019
news image

              Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan inkişafı naminə peşə seçiminin əhəmiyyəti” adlı layihəyə həsr edilmiş tədbir keçirilib.

              Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdir müavini Nigar İsmayılzadə peşə təhsilinin inkişafının prioritet istiqamət olduğunu vurğulayaraq, bu sahədə görülən işlər, həyata keçirilən beynəlxalq layihələr barədə məlumat verib, peşə seçimində şagirdlərin düzgün istiqamətləndirilməsi və peşəyönümü sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.  

              Təbdir qlobal trendlər və peşə seçimində beynəlxalq təcrübənin Azərbaycanda tətbiq edilməsi barədə panel müzakirələrlə davam edib.

              Qeyd edək ki, tədbirdə  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət İdarəçilik Akademiyasının nümayəndələri iştirak edib.