Peşə təhsili müəssisəsinin tələbələri qalib olublar
14
02 2019
news image

               Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “EcoART” layihəsinin qalibi olublar. Belə ki, Mərkəzin tələbələri komanda şəklində 1-ci və 2-ci yerə layiq görülüblər. Eyni zamanda, “Ən yaxşı ideya müəllifi” nominasiyası üzrə Mərkəzin tələbələri Azər Həsənov və Cəfərqulu Xudumov, “Ən yaxşı əl işi müəllifi” nominasiyası üzrə İlkin İsgəndərov I yeri tutublar. Qaliblər qızıl medal və kubokla təltif olunub.

               Qeyd edək ki, “EcoART” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “İrəli” İctimai birliyinin təşkilatçılığı ilə XI qrant müsabiqəsi çərçivəsində keçirilib. 4 gün davam edən layihədə Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında İdarəedicilik Akademiyasının tələbələri iştirak edib.

               Layihənin əsas məqsədi tullantıların törətdiyi fəsadlara cəmiyyətin diqqətini cəlb etmək, ekoloji incənətlə bağlı gəncləri maarifləndirmək, plastik və kağız tullantılardan istifadə etməyin mümkün yollarını gənclərə aşılamaq və oriqami incəsənətini gənclər arasında təbliğ etməkdir.