Peşə təhsili müəssisələrinin tələbələrinin Odlar Yurdu Universitetinin Texnoparkına infoturu təşkil olunub
15
01 2019
news image

               Texnika və Texnologiyalar və Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərinin  “Veb-dizayner” və “Kompüter ustası” ixtisası üzrə təhsilalanlarının Odlar Yurdu Universitetinin Texnoparkına  infoturu təşkil olunub.

               İnfotur zamanı tələbələr Texnoparkın kompüter şəbəkəsi, alternativ enerji sistemi, robot laboratoriyası, kompüter sinifləri ilə tanış olublar. Daha sonra təhsilalanlar “Müasir səviyyədə proqramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda keçirilən master-klasda iştirak ediblər.

               Master-klass zamanı tələbələrə kompüter və robotexnika ilə bağlı geniş məlumat verilib, onlara İT sahəsi üzrə əldə etdikləri nəzəri bilikləri əyani olaraq Texnoparkda tətbiq etmək imkanı yaradılıb.    

               Eyni zamanda, müvafiq ixtisas qrupları üzrə tələbələrin Texnoparkda istehsalat təcrübəsi keçmələri təmin olunub.