Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2018-ci ildə fəaliyyətinə dair qısa hesabat
03
01 2019
news image

Normativ-hüquqi baza təkmilləşdirilib

 

  • “Peşə təhsili haqqında” Qanun qəbul olunub.

          Qanunla müəyyən olunmuş yeniliklər:

  • Peşə təhsili pilləsinin 3 səviyyəsi – ilk peşə, texniki peşə və yüksək peşə təhsili müəyyən olunub;
  • Peşə təhsili sistemində təhsilalanlar tələbə statusu əldə edib;
  • Ümumi təhsil müəssisələrinə ilk peşə təhsili səviyyəsi üzrə təmayüllü siniflər yaratmaq hüquqları verilib;
  • Yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsi verilib;
  • Tələbələrə istehsalat təlimi və təcrübəsi keçdikləri zaman iş yerində təcrübə müqaviləsi bağlamaq imkanı verilib və onlara minimum aylıq əməkhaqqından az olmamaq şərti ilə əməkhaqqının ödənilməsi təsbit edilib;
  • Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün güzəştlər müəyyən edilib.

 

  • Qanunvericilik aktlarının layihələri hazırlanıb:

 

  • “Peşə təhsili müəssisələrinə qəbul Qaydası”;
  • “Azərbaycan Respublikasında peşə təhsilinin dövlət standartları”;
  • “Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnamələri və dövlət peşə təhsili standartları”;
  • “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”;
  • “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq barədə” layihə;
  • “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun yaradılması” layihəsi;
  • “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində Peşə Təhsilinin İnkişafı Fondunun Nizamnaməsi” layihəsi;

Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması tədbirləri davam etdirilib.

  • Regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb.
  • Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.

 

Koreya təhsil standartları əsasında yeni Peşə Təhsil Mərkəzi yaradılır.

  • 26 yanvar 2018-ci il tarixində Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin təməlqoyma mərasimi keçirilib.
  • Mərkəzdə 8 ixtisas (mexanika, elektronika, elektrik, sənayedə quraşdırma işləri, tikinti, İT, avtomatlaşdırma və avtomobil sahələri) üzrə ixtisaslı kadrlar hazırlanacaq.
  • Mərkəz 2019-2020-ci tədris ilində fəaliyyətə başlayacaq.
  • Peşə Təhsil Mərkəzinə 24 yeni ixtisaslı mütəxəssis cəlb olunub və onların Koreya Respublikasında təlimlərdə iştirakı təmin olunub.

 

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzi yaradılıb.

  • 27 fevral 2018-ci il tarixində Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzinin açılışı olub.

 

Diaqnostik qiymətləndirilmə başa çatdırılıb.

  • 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.
  • 2018-ci il ərzində peşə təhsili müəssisələri üzrə 1300 mühəndis-pedoqoji heyətin diaqnostik qiymətləndirilməsi keçirilib və cari ilin dekabr ayında başa çatdırılıb.

 

Peşə təhsili müəssisələrinə qəbul planı 18980 nəfər olub.

  • 2018-2019-cu dərs ilində peşə təhsili müəssisələrinə qəbul planı 18980 nəfər təşkil edib və Nazirlər Kabinetinin 625 s nömrəli 12 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunub.

 

Peşə təhsili müəssisələrində 168 ixtisas üzrə qəbul həyata keçirilib.

  • 2018-2019-cu tədris ilində 34-ü yeni ixtisas olmaqla, 168 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.

 

Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilib.

 

  • Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN Peşə” layihəsi çərçivəsində həyata keçirilib. Sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb.

İşəgötürənlərlə əməkdaşlıq sahəsində birgə müqavilələr imzalanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Gilan Holdinq”in kənd təsərrüfatı istiqaməti üzrə ixtisaslaşmış və özündə 65 müəssisəni birləşdirən “Gilan Agricultural Group”, Grohe AG” Azərbaycan nümayəndəliyi, “Baku Hotels Company”, “Htech Invest” MMC, “Holcim Azərbaycan”, “Hyatt Regency Baku” ilə Anlaşma Memorandumları imzalanıb.

Ümumilikdə işəgötürənlərlə pilot layihələr üzrə əməkdaşlıq nəticəsində turizm-xidmət sektoru üzrə məzunların 62,3%-i, informasiya texnologiyaları sektoru üzrə 73%-i, xidmət sahəsi üzrə 68,4%-i işlə təmin edilib.

Peşə təhsili müəssisələrinin iştirakı ilə tədbirlər keçirilib.

  • Martın 27-də Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi texniki yardım layihəsi çərçivəsində hazırlanmış səriştə əsaslı kurikulumların təqdimatı keçirilib.
  • Aprelin 30-da Təhsil Nazirliyi, Avropa İttifaqı və “Hyatt Regency Baku” otelinin birgə təşkilatçılığı ilə “Peşəyönümü işinin təşkili: peşə təhsilinin təbliği” mövzusunda konfrans keçirilib.
  • Mayın 1-də Naxçıvan Muxtar Respublikasında “Peşə təhsili və təliminin və bacarıqlarının inkişafının gələcəyi: iqtisadi inkişafın və rəqabətədavamlılığın gücləndirilməsi üçün təcrübələrin paylaşılması” mövzusunda seminar keçirilib.
  • Mayın 24-də “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
  • İyunun 6-da Cəlilabadda “Lənkəran iqtisadi rayonunda Regional Model Peşə Təhsil Mərkəzinin yaradılması” layihəsinin təqdimat mərasimi keçirilib.
  • İyunun 23-25-i tarixlərində "Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və baçarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili" layihəsinin çərçivəsində “Aşpaz”, “Qənnadçı-şirniyyatçı”, “Dərzi” ixtisasları üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi və müsabiqə keçirilib.
  • İyunun 29-30-u tarixlərində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Startap Günləri keçirilib.
  • Oktyabrın 8-12-i tarixlərində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə “Peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı” keçirilib.
  • Oktyabrın 16-da “Peşə təhsilinə dəstək” layihəsi çərçivəsində “Sahibkar – peşə təhsili əməkdaşlığı” mövzusunda milli konfrans keçirilib.
  • Oktyabrın 31-də Təhsil Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Peşə ixtisas təhsilində informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfrans keçirilib.
  • Oktyabrın 22-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib.
  • Noyabrın 22-də Abşeron Binə Peşə Liseyində Çin Xalq Respublikası Hökuməti tərəfindən həyata keçirilən “Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi” texniki yardım layihəsi çərçivəsində gətirilmiş avadanlıqların təqdimatı keçirilib.
  • Noyabrın 28-də “Azərbaycan Müəllimlərinin XV Qurultay”ında “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” mövzusunda panel müzakirələr təşkil edilib.
  • Peşə təhsili müəssisələrində sahibkarlıq bacarıqlarının aşılanması və həvəsləndirmək üçün təhsilaların dövlət və özəl müəssisələrə inforturları təşkil olunub, sahibkarlar ilə görüşlər keçirilib.
  • “STEP” İT Akademiyası ilə birgə əməkdaşlıqda 7 nominasiya üzrə “Golden Byte” beynəlxalq İT yarışması təşkil olunub.

 

Peşə təhsili müəssisələrində yeni kurikulumlar tətbiq edilib

  • Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım və 4 qrant layihələri çərçivəsində ümumilikdə 23 ixtisas üzrə səriştə əsaslı təhsil proqramı (kurikulum) və 100 modul/dərslik vəsaiti hazırlanıb.

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün təlim kursları təşkil edilib

  • Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün ümumilikdə 29 təlim keçirilib.