Lənkəran Peşə Liseyi baramaçılığın inkişafı ilə bağlı Dövlət Proqramının icrasına qoşulub
10
12 2018
news image

             2018-2019-cu tədris ilində Lənkəran Peşə Liseyində ilk dəfə olaraq “Baramaçılıq” ixtisası üzrə qrup açılıb.

             İxtisaslı mütəxəssislər tərəfindən bu ixtisas qrupunda tədris-istehsalat işləri davam etdirilir. “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer”, “Bitkiçilik-çay,sitrus” və “Baramaçılıq” qruplarının təhsilalanlarının iştirakı ilə liseyin ərazisində Çindən gətirilmiş 3000 tut tinglərinin əkilməsinə başlanılıb.

             Qeyd edək ki, Lənkəran Peşə Liseyində ölkəmizin peşə təhsili müəssisələri arasında ilk dəfə olaraq bu ilin may-iyun aylarında 170 kiloqram yaş barama istehsal olunub və “Azəripək” MMC-yə təhvil verilib.