Lənkəranda peşəyönümü işinin təşkili layihəsinə start verilib
07
12 2018
news image

             Lənkəran Peşə Liseyi “Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği” ilə bağlı yeni layihəyə start verib.

             Layihə çərçivəsində ilk tədbir V.Əliyev adına Lənkəran Şəhər 4 saylı humanitar təmayüllü məktəb liseydə sərgi –seminar formatında təşkil olunub.

             Tədbirin seminar hissəsində ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, peşə təhsilinin əhəmiyyəti, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi vurğulanıb.  

             Tədbir çərçivəsində təşkil olunan sərgidə Lənkəran Peşə Liseyinin tələbələrinin əl işləri nümayiş olunub, peşə təhsili və təlimi ilə bağlı şagirdlərə və valideynlərə ətraflı məlumat verilib. Tədbir çərçivəsində məktəb şagirdləri müəyyən istehsalat prosesinə cəlb olunublar.

             Bununla yanaşı, sərgi-seminar zamanı Lənkəran Peşə Liseyi tərəfindən hazırlanan mini futbol qapıları məktəb liseyin ibtidai siniflərinə hədiyyə olunub.

             Peşəyönümü işinin təşkili çərçivəsində növbəti tədbirlər ölkənin digər ümumtəhsil müəssisələrində davam etdiriləcəkdir.